AL Market işğaldan azad olan ərazilərdə “Məktəbə Qayıdış” tədbirləri keçirib -FOTO

Ölkənin hər yanında fəaliyyət göstərən AL Market mağazalar şəbəkəsi dərs ilinin başlaması münasibəti ilə yeni Korporativ Sosial Məsuliyyət lahiyəsi həyata keçirib.
Sherg.az xəbər verir ki, “Qızıl Aypara”nın təşkilatçılığı ilə Qarabağ İqtisadi Zonasına daxil olan Zəngilanın Ağalı kənd orta  məktəbində və Tərtərin Talış kəndində yeni məktəbə başlayacaq 100-ə yaxın məktəbliyə çanta və məktəb ləvazimatları hədiyyə edilib.
Həmçinin tədbirdə uşaqlara AL Marketin hədiyyələrilə yanaşı “Azərsun Holdinq”in digər markası “Shokki Mokki” uşaqlara möhtəşəm əyləncə bəxş edib.
Sonda yeni dərs ilində bütün şagirdlərə uğurlar arzulayıb xatirə fotoları çəkilib.
Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən AL Market mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan AL Marketlər ailənizin ehtiyacları üçün müxtəlif məhsullarla xidmətinizdədir.