Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilib.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Təhsil eksperti Elçin Əfəndə “Sherg.az”a bildirib ki, müvafiq müsabiqə şərtinə əsasən dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan, eyni zamanda həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər prosesdə iştirak etmirlər:
“Yerdəyişmə zamanı müəllimlərin imtahan nəticlərinə baxılacaq. Burada həm diaqnostik qiymətləndirmə, həm də müəllimlərin işə qəbulu zamanı verilən imtahan nəticəsi (minimum 30 bal) tələb olunur. Qeyd edim ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydaları Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin qərarıdır. 19 oktyabr 2023-cü ildə bu qərar qəbul edilib. Müsabiqə zamanı minimal 30 bal limitinin olması lazımdır. Yerdəyişmə online şəkildə elektron qaydada həyata keçirilir. Namizədlər dördəə qədər vakant yer seçə bilirlər. Seçilən yerlər üzrə də sorğu göndərirlər. Müvafiq müsabiqə şərtini ödəyirsə, o zaman onların iş yerinin dəyişdirilməsinə icazə verilir”.