Qadınlara olduğu kimi kişilərə də zorakılıq halları mövcuddur -Sosioloq

Son zamanlar dünyada qadınlara edilən şiddətin və təcavüzlərin sayı durmadan artır. Məsələn, ötən günlərdə Türkiyənin İstanbul şəhərində 19 yaşlı Semih Çelik adlı şəxs yarım saat ara ilə iki qadını öldürüb.
Semih Çelik sevgilisi İkbal Uzunerlə birlikdə Fatih səmtindəki Ədirnekapıda divarlara çıxıb. Bir müddət sonra Çelik bıçaqla Uzunerə hücum edib, onu öldürüb, sonra isə hissələrə ayırıb. Daha sonra isə özü divardan atılıb.
Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib. Hadisə yerində ilkin tibbi yardım edilən Çelik təcili yardımla xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. 
Daha sonra Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlandı. Məlumata görə, Kənan Əhmədli Sevinc Abbaslıya təcavüz edib. S.Abbaslının hamilə olduğunu öyrənən K.Əhmədli onu qətlə yetirib. Sonda məktub yazaraq intihar edib.
Sual yaranır.Bu kimi tükürpədici olaylarla qarşılaşmamaq üçün nə etməliyik? Ümumiyyətlə, dünyada nə baş verir?

Sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a açıqlamasında deyib ki, qadınlara qarşı zorakılığı manipulyasiya etmək istəyən qüvvələr var:

''Xüsusən aqressiv feminist dalğanın təsirində olan bəzi qüvvələr dünyanın bir çox ölkələrində gender bərabərliyi adı altında kişi-qadın qarşıdurmasını yaratmağa çalışırlar. Təbii ki, qadınlara olduğu kimi kişilərə də qarşı zorakılıq halları mövcuddur. Ən çətin müəyyən olunan zorakılıq növlərindən biri emosional zorakılıqdır. Bunu da daha çox qadınlar kişilərə tətbiq edirlər. Yəni, burada qadın-kişi qarşıdurmasını şişirdən tərəflər var. Dövlətimiz qadınlara göstərilən zorakılığın bütün formalarını pisləyir və bununla əlaqədar hüquqi tənzimləmələr mövcuddur. Azərbaycan az saylı dövlətlərdəndir ki, qadınların problemləri ilə məşğul olan ayrıca komitə fəaliyyətdədir. Cəmiyyət olaraq qadına hörmətlə yanaşılır. Düzdür bəzən məişət zəminində cinayyətlər törədilir. Çünki köhnə streotiplərlə yaşayan, mühafizəkar kişilər qadınların sərbəstliyini, yeniliyə açıqlığını qəbul edə bilmirlər. Fikrimcə, bu istiqanətdə kifayət qədər hüquqi tənzimləmələr var. Paralel olaraq sosial maariflənmə tədbirləri keçirilməlidir. Qadınlara qarşı cinayyətkarlıq törədənlərin edam olunmasına gəldikdə isə bu geriyə atılmış addım sayılır. Qanunlar bir qədər sərtləşdirilə bilər. İnsanları psixoloji reablitasiyası ilə bağlı nəzarət artırılmalıdır ki, insanlar belə stiuasiyalarla qarşılaşdıqda özlərini psixoloji olaraq tənzimləyə bilsinlər".