Bakıda məktəbli intihar edib.
"Qafqazinfo" xəbər verir ki, 2009-cu il təvəllüdlü Tacir Mürsəl oğlu Almuradov Binə qəsəbəsində yaşadığı evdə özünü asıb. Onun meyiti dünən saat 21 radələrində yaxınları tərəfindən aşkar edilib.
Bildirilib ki, intihar edən oğlan orta məktəbin 10-cu sinif şagirdi olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Son zamanlar məktəblilər arasında özünəqəsd və başqasına zərərvermə halları kəskin artıb. Maraqlıdır burada günahkar kimdir? Gənclərimiz cinayətə və ölümə niyə meyl edirlər?
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az"a açıqlamasında söyləyib ki, milli-mənəvi dəyərlərimizə xas olan xüsusiyyətlərimizə qayıtmalıyıq:
“Uşaq yetişdirməyi milli dəyərlərimizə uyğun olaraq etsək çox yaxşı olar. Çünki bizim mental dəyərlərdə ailəni qoruma, biri-birimizə dəstək və hər zaman yanında olmaq hissi var. Bu gün Avropa tərbiyəsini gətirib öz ölkəmizdə tətbiq edəndə isə alınmır. Hər bir milləti ayaqda saxlayan onun milli-mənəvi dəyərləridir. Milli dəyərlərə cavab verməyən tərbiyə metodu qoyan zaman isə düzgün gəlmir. Bu zaman mənəvi aclıqlar baş verir. Keçmiş zamanlarda "İnsan və cəmiyyət", "Ailə" kitabı var idi və digər dərsliklər keçirilirdi. Hazırda mental dərsliklər qayıtmalıdır. Çünki bu dərsliklərin tədrisinə qayıdılsa, ailə dağıntılarının qarşısı alınar, uşaq sağlam və tərbiyəli mühitdə böyüyər. Ümumiyyətlə bu gün müəllimlər, psixoloqlar məktəbdə uşaqları mental dəyərlər üstündə yetişdirməlidir. Avropadan təhsil ala bilərik, lakin Avropa tərbiyəsini uşaqlarımıza verə bilmərik. Yəni tərbiyə isə ailənin və dövlətin mental dəyərinə xas olmalıdır”.
Psixoloq Sevinc Baxışova isə bildirib ki, uşaq psixologiyasının formalaşmasında ailənin, ailənin olduğu qədər məktəbin və müəllimin böyük rolu var:
“Günün yarısını məktəbdə keçirən şagirdə sinif yoldaşlarının, onunla bərabər yuxarı və aşağı siniflərdə təhsil alan uşaqların bir birine təsirini görməzdən gəlmək mümkün deyil. Axı, müsbət və ya mənfi olmağından asılı olmayaraq, mühit uşağın davamiyyətinə, təhsilinə və hətta bütövlükdə həyatına təsir göstərir.Təəssüf ki, “Mənim uşağım dəlidir ki, onu psixoloqa yönləndirirsiniz” deyən valideyinlerde az deyil. Bu meqamda əsas iş valideynə psixoloqun kim olduğunu, hansı işlərlə məşğul olduğunu anlatmaqdir.Valideyinler bilmelidirler ki psixoloq saglam insanlarla işleyir.Mektebde çox problem olur. Bu da təbiidir. Müxtəlif ailələrdən gələn, ayrı-ayrı tərbiyə üsulları ilə yetişdirilən yüzlərlə uşağın təhsil və tərbiyə aldığı mühitdən söhbət gedir. Burada problem də olacaq, hetta çıxılmaz durum da.indi şagirdlərdə aqressiya çox güclüdür. Bəzən bu, elə formada və elə ciddi hadiselerle özünü göstərir ki, təəccüblənməyə bilmirik.Məktəblərdə konsultasiya üçün şərait yaradilmalidir,hetta bu şərait ideal olmasa belə, ilkin diaqnoz üçün kifayət eder,orta siniflərdə uşaqlar nə böyük, nə də kiçik hesab olunur,bu mərhələdə onlarda özünüqiymətləndirmə formalaşır. Nəticədə yaşıdları ilə münaqişələr tez-tez təkrarlanır ve heç kime gizli olmayan hadiseler töredilir ki buda bizi meyus edir. Məktəblilərin problemləri yaş qruplarından asılı olaraq dəyişir. İbtidai sinifdə, orta siniflərdə və yeniyetmələrdə ortaya çıxan problemlər bir-birindən kəskin fərqlənir. Odur ki, psixoloqlar problemə diaqnoz qoyarkən ilk növbədə uşaqların yaşını nəzərə almalidirlar”.