2026-cı ilin sonunadək 17 min bağça müəllimi sertifikasiyaya cəlb ediləcək

İlk dəfə məktəbəqədər təhsil müəssisələrində 13 000 nəfər üçün diaqnostik qiymətləndirilmə keçirilib. Mərkəzləşmiş işə qəbulla təyin olunan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı deyib.
"2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub", - deyə o qeyd edib.