Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin tikintisi ilə bağlı müəyyən işlərə start verilir.
Sherg.az Trend-ə istinadən xəbər verir ki, şəhərdə orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işləri həyata keçiriləcək.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıq işlərini yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Az Technocon Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq şirkətə 84 257 manat ödənilib.