
Azərbaycanın Amerika və Çinlə münasibətləri qarşılıqlı strateji məqsədlərə əsaslanır -ŞƏRH
12:46 29.05.2025
Siyasət
598
Azərbaycanın xarici siyasətində son dövrlərdə müşahidə olunan uğurlar ölkənin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə və diplomatik əlaqələrinin genişlənməsinə səbəb olub. Rəsmi Bakı həm regional, həm də qlobal güc mərkəzləri ilə balanslı və praqmatik siyasət yürüdərək mühüm tərəfdaşlıqlar qurmağa nail olur. Xüsusilə, Çin Xalq Respublikası ilə qurulan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə önəmli tranzit və iqtisadi mərkəzə çevrildiyini göstərir. Eyni zamanda, son aylarda İranla münasibətlərdə müsbət dinamika müşahidə edilir. Yüksək səviyyəli təmaslar, qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlıq niyyətləri ikitərəfli əlaqələrin sabit xətt üzrə inkişaf etdiyini göstərir. Bununla yanaşı, Avropa İttifaqı və ABŞ-la münasibətlər də konstruktiv platformada inkişaf edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik mövzularında əməkdaşlıq Azərbaycanın Qərb tərəfdaşları ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələrini möhkəmləndirir. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasətin nəticəsi kimi dəyərləndirilir və Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır.
Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşması ilə seçilir:

“Azərbaycanın son illər artan geosiyasi rolu, Cənubi Qafqazda aktiv siyasi prosesləri izləyən Amerika və Pekindən Londona uzanan “Bir Kəmər, Bir Yol” layihəsinin müəllifi Çinlə münasibətlərin işgüzar səviyyədə yüksəlməsinə təkan verib. Azərbaycanın Amerika və Çinlə münasibətləri qarşılıqlı maraqlara və strateji məqsədlərə əsaslanır. Baxmayaraq ki, İran strateji olaraq Azərbaycanla dost ölkələr sırasında deyil, rəsmi Bakının yüksələn regional və beynəlxalq nüfuzunu nəzərə alan praqmatik İran siyasətçiləri ölkəmizlə normal münasibətlərin qurulmasında maraqlı görünür. Çünki Amerikanın və İsrailin Tehran hakimiyyətinə qarşı sərt ritorikası İranı sərhədyanı ölkələrlə, öz aləmində, neytrallaşdırma siyasəti aparmağa vadar edir. Yəni İran çalışır ki, qonşu ölkələr gələcəkdə İsrail və Amerikanın İrana qarşı mümkün hərbi əməliyyatlarında onlarla əməkdaşlıq etməsinlər. Əvvəllər İran region ölkələrini bu siyasətdən təhdid dili ilə çəkindirməyə çalışırdı. Daha sonra bu yanaşmanın faydasız olduğunu anlayaraq, təhdid siyasətini əlində saxlamaqla yanaşı, qonşu ölkələrlə əlaqələri mümkün qədər inkişaf etdirməyə yönəlib”.
Oxşar xəbərlər
Azərbaycan artıq Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir -ŞƏRH
12:35 13.11.2026
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında birgə bəyannamə imzalandı
23:21 12.11.2026
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə