
Azərbaycan neokolonializmə qarşı müasir mübarizənin əsas simvollarından birinə çevrilib -ŞƏRH
08:50 21.07.2025
Siyasət
334
Düşünürəm ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə bir tarixi presedentdir. Mənə elə gəlir ki, bu, həmin əhvalatın sonu deyil, başlanğıcıdır.
Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Bizim neokolonializmlə bağlı mövqeyimiz tam aydındır. Bu o deməkdir ki, bu, hər hansı ikitərəfli gündəliyə bağlı olan bir məsələ deyil”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi elə sədrliyimizin ilk ilində dekolonizasiyanı təşviq edirdik və müstəmləkə olan sahələrin müstəqilliyi, onların ədalətə qovuşması, beynəlxalq təşkilatlar tərəfindən müstəqil qərarların qəbul olunmasının carçısı idik.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Azərbaycan balaca ölkələrin sözün əsl mənasında himayədarıdır, yəni dəstəkçisidir:

"Ölkəmiz həmin dövlətlərin ayaqda qalması, müstəqilliklərini qoruyub saxlaması naminə hər cür dəstək göstərir. Bununla yanaşı, beynəlxalq miqyasda da bir təşəbbüsü koordinasiya edir və birləşdirir ki, həmin dövlətlərə ciddi dəstək verilsin. Bu, Azərbaycanın beynəlxalq ədalətə xidmətidir. Həmçinin Azərbaycanın həmin dövlətlərin suverenliyini dəstəkləyən, sivil bir dünya ölkəsi nümunəsi kimi çıxış etməsinin bariz göstəricisidir. Azərbaycanın bu gün neokolonializmə qarşı müasir mübarizənin əsas simvollarından birinə çevrilməsi də çox ciddi bir mərhələnin başlanmasından xəbər verir. Artıq elə bir mərhələdəyik ki, bu məqamda həmin ölkələrə qarşı beynəlxalq ədaləti pozan qüvvələr, hüququ tapdayan güclər Azərbaycanın bu siyasi və mənəvi həmləsi qarşısında uzun müddət tab gətirə bilməyəcəklər. Və bu, növbəti hüquq əsaslı bir dövrün başlanğıcıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya