
"Aztelekom" minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb
06:23 09.10.2024
Sosial
377
Antiinhisar inhisarçının öhdəsindən gələ bilmir
Bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust tarixdə internet bazarında tariflərin yüksəlməsi ilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını bildirmişdi.
Məlum olduğu kimi, Antiinhisar bütün provayderlərin eyni anda 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənməsini "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" və "kartel sövdələşməsi" olaraq dəyərləndirmişdi.
Az qala 2 ay olur ki, Antiinhisar araşdırmalar başladıb. İndiyədək qurumdan bu araşdırmanın yekunu haqqında açıqlama verilməyib. Maraqlıdır, Antiinhisarın yekun qərarı nə üçün gecikir?
Mövzunu şərh edən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz isə "Sherg.az"a açıqlamasında deyib ki, “görünən dağa bələdçi lazım olmaz” deyiblər: “Sadə bir problem, aşkar bir vəziyyətdir. Təbii inhisarçı olan "Aztelekom" minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb. Anlamıram ki, Antiinhisara qərar qəbul etmək üçün bu qədər müddət kifayət etmirmi?

İlin-günün bu vaxtında, uyğun tarif seçimi olmadığından minlərlə vətəndaşın internetdən imtina etməsi , "şərikli internet" axtarması utandırıcı bir vəziyyət deyilmi? Yox əgər Antiinhisar inhisarçının öhdəsindən gələ bilmirsə, bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı.
Maraqlıdır ki, Antiinhisarın araşdırmaları uzandıqca təbii inhisar subyekti olan "Aztelekom"da da ciddi dəyişikliklərin baş verdiyi bildirilir. Bu isə başqa bir müzakirə mövzusudur.
Yeri gəlmişkən, bir müddət öncə Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyi tabeliyində olan Antiinhisarın statusu dəyişdirilərək Prezident yanında fəaliyyət göstərəcək quruma çevrilib.
Əvvəlki statusda olan qurum inhisarçılarla vuruşa bilmirdi. Görək yeni tabeçiliyə keçən Antiinhisar nə edə biləcək?
Prezident tabeliyinə keçən yeni Antiinhisarın yeni rəhbərliyini həm "seçimin məhdudlaşdırılması və kartel sövdələşməsi" ətrafında, həm də "Baktelekom" və "Aztelekom" kimi iki inhisarçının birləşərək "vahid bir "Aztelekom" qurumunun yaradılması" ətrafında "Aztelekom"la ciddi bir "vuruşma" gözləyir.
Hər ay 25 milyon gəlir götürərək getdikcə güclənən bir inhisarçı ilə mübarizə aparmaq da Antiinhisar üçün çətin olacaq. Mən də maraqla gözləyirəm ki, yeni formalaşmış Antiinhisar təbii inhisarçının qərarını ləğv etdirib, internet tarifləri ilə bağlı vətəndaşlara seçim imkanı verə biləcəkmi?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
11:10 17.12.2025
Hadisə
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
11:09 17.12.2025
Hadisə
Ermənistanla sülh an məsələsidir -Analitik
10:33 17.12.2025
Siyasət
Tramp: Obama İrana görə dünyadan imtina etmişdi
10:25 17.12.2025
Dünya
Paşinyan üçün seçkilər yalnız başlanğıcdır -Politoloq
10:16 17.12.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
10:07 17.12.2025
İqtisadiyyat
Analitik: Berlindəki görüş Ukraynanın xeyrinə irəlilədi
09:40 17.12.2025
Dünya
İranda yaşayış binası çökdü
08:39 17.12.2025
Hadisə
Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır
08:03 17.12.2025
Dünya
Bratislavada hökumət əleyhinə etiraz aksiyası keçirildi
06:47 17.12.2025
Dünya
Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib
04:25 17.12.2025
Dünya
Tayland Kambocadan atəşkəs elanı tələb etdi
03:32 17.12.2025
Dünya
Makqreqor 17 il sonra onunla evləndi
02:34 17.12.2025
İdman
Ağ Evin aparat rəhbəri: Tramp alkoqolik xarakterinə malik şəxsdir
01:26 17.12.2025
Dünya
"Sabah" komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb
01:12 17.12.2025
İdman