Birinci Qarabağ müharibəsində itkin düşən daha 3 şəhidin dəfn mərasimi keçiriləcək

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.

Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən 3 hərbçinin qalıqları fevralın 7-də dəfn olunacaq.

Dəfn mərasimləri müvafiq olaraq Yevlax şəhəri Şəhidlər xiyabanı, Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığı, Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında olacaq.