
Deputat: "Belə valideynlərin hərəkətini yanlış hesab edirəm”
Yusif Sultanoğlu
02:01 16.07.2024
Sosial
493
“Uşaqların özlərini dərk etdikdən sonra din mövzusunda qərar vermələri daha düzgündür”
Məhərrəm ayında qeyd edilən Aşura mərasimində insanların məscidlərə kütləvi axını baş verir. Onlar Aşura günündə bir sıra ayinləri icra edirlər. Təbii ki, məscidə getmək hər kəsin şəxsi işi, inancıdır. Ancaq azyaşlı uşaqları Aşura vaxtı məscidlərə aparmaq, daha doğrusu, mərasimlərə, ayinlərə cəlb etmək heç də xoş qarşılanmır. Çünki bəzi xurafatçılar Aşura zamanı dini adət-ənənələrə zidd hərəkətlərə rəvac verir, özlərinə ziyan yetirirlər. Hətta öz azyaşlı uşaqlarını da bu cür arzuolunmaz əməllərə vadar edirlər. Əksəriyyət isə düşünür ki, sözügedən səhnələr birmənalı olaraq uşaqlarda qorxu hissinə səbəb olur. Xatırladaq ki, bu barədə Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vətəndaşlara müraciəti olub. Müraciətdə qeyd olunub ki, valideynlər kütləvi dini mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar. Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkə kimi artıq özünü dünyada təsdiq edib. Ölkəmizdə din dövlətdən ayrıdır. Bununla belə, hər kəsin dini etiqad və vicdan azadlığı konstitusiya, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanunla qorunur. Bu gün ölkədə fərqli dinlərə məxsus insanlar birgə yaşayır, dövlətin inkişafına öz töhfələrini verirlər. Lakin bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına da rast gəlinir. Belə hallar adətən Aşura mərasimləri zamanı yaşanır. Son illərdə bununla bağlı xeyli maarifləndirici tədbirlər görülüb və nəticələr də var - zəncirvurma, qantökmə kimi hallar xeyli azalıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir: “Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”. Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu günlərdə vətəndaşlara birgə müraciət edib. Göründüyü kimi, dövlət qurumları, aidiyyəti orqanlar da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı vətəndaşlara öz tövsiyələrini verirlər. Azərbaycan xalqının zəngin milli, mənəvi dəyərləri var. İslam dini də bu dəyərlərin fövqündə durur. Odur ki, dinin müxtəlif qrupların maraqlarına uyğun şəkildə təbliğ olunmasına yol verməməliyik. Hər bir insan dini şüurlu şəkildə dərk edib yaşamalı, dini ibadətlərini heç kimə zərər vermədən həyata keçirməlidir.
Millət vəkili Azər Badamov da "Sherg.az"a deyib ki, azyaşlıların imanını gücləndirmək adı altında dini mərasimlərə aparmaq yolverilməzdir. Deputatın sözlərinə görə, bəzi hallarda valideynlər dini mərasimlərə gedəndə özləri ilə azyaşlı övladlarını da aparırlar. Onlar fikirləşirlər ki, uşağı balaca vaxtdan dinə inamlı tərbiyə edirlər:

"Belə valideynlərin hərəkətini yanlış hesab edirəm. Uşaqların özlərini dərk etdikdən sonra din mövzusunda qərar vermələri daha düzgündür. Uşaqları məcburən dini mərasimlərə aparmaq və onun psixoloji inkişafına təsir edən hərəkətlərə imkan vermək olmaz. Uşaq hansı istiqamətə yönəlmək istəyirsə, özü seçməlidir. Elm və texnologiyaların yüksək inkişaf etdiyi dövrdə yaşadığımızı nəzərə alsaq, uşaqlarımız elmi biliklər almalı, dünyəvi şüur və milli-mənəvi dəyərlərlə tərbiyə olunmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm