
Ekspert: Pensiya artımı əvvəlki illərə nisbətən daha yüksək olacaq
12:07 24.11.2023
Sosial
723
Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər edilib.
Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yeni dəyişikliklərlə: Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək; -Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;
-2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;
-Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
-Pensiya minimum məbləğə çatdırılacaq,
Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,
-Pensiya indeksləşdiriləcək.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, hazırda nəzərdə tutulan dəyişikliklər pensiya alanların əhatəsini daha da genişləndirəcək:

"Digər tərəfdən pensiyaların artmasına səbəb olacaq. Bəzən kənd yerlərində yaşayan insanlar arayış almaq üçün əziyyət çəkirdilər. Buna artıq ehtiyyac olmayacaq. Çünki sənədlər elektronlaşıb. Elektron sənədlər vasitəsi ilə pensiya fondu lazımlı məlumatları əldə edə biləcək. Qeyd olunduğu kimi hərbçilərlə bağlı pensiya təminatında 20 ildən sonra 3 faiz artım olacaq. Bu da bu kateqoriyyada olan insanların pensiya məbləğinin artmasına öz təsirini göstərəcək. Hesab edirəm ki, sözügedən dəyişikliklər müəyyən siyahıda olan insanların, əsasən də əvvəllər kənd təsərüffatı sahəsində kolxozlarda çalışan şəxslərin, ailə başçısını itirənlərin, rayon yerində yaşayanların, hərbçilərin müəyyən dərəcədə artımına səbəb olacaq. İndeksləşmə isə bəzi kateqoriyadakı olan şəxslərin müavinətlərinə əlavə olunmaqla artırılacaq. Bu da onu deməyə əsas verir ki, pensiya artımı əvvəlki illərə nisbətən daha yüksək məbləğdə olacaq. Bu qərarlar insanların sosial rifahına ,inflyasiyanın azaldılmasına müsbət təsir göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin iclası başlayıb
11:06 23.10.2026
Gündəm
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
11:01 23.10.2026
İqtisadiyyat
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
10:57 23.10.2026
İqtisadiyyat
Azərbaycan UEFA reytinqində yerini qorudu
10:42 23.10.2026
Futbol
Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı
10:31 23.10.2026
Region
Narkotiklərlə əlaqəli 13 fakt, silahla bağlı 6 fakt müəyyən edilib
10:12 23.10.2026
Hadisə
Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb
09:35 23.10.2026
Hadisə
Ermənistan noyabrın 11-də KTMT-dən çıxarıla bilər
09:17 23.10.2026
Region
“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”
09:09 23.10.2026
Dünya
Firuzə İbadovanın xəstəliyi açıqlandı
09:03 23.10.2026
Cəmiyyət
Bakının bu yollarında sıxlıq var - SİYAHI
09:00 23.10.2026
İnfrastruktur
Kıvançın motosiklet həvəsi
08:48 23.10.2026
Şou
ABŞ-də Trampı təhdid edən qadın saxlanılıb
08:07 23.10.2026
Dünya
Sibel Canın sevgilisi həbs edildi!
06:00 23.10.2026
Şou
Tibo Kurtua azarkeşdən 16 il əvvəlki formasını satın aldı
05:25 23.10.2026
Futbol
Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
04:50 23.10.2026
Sağlamlıq