
Ekspert: Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
13:43 26.08.2025
Sosial
669
Məktəblərin açılmasına cəmi 20 gün qalıb və yeni tədris ili ərəfəsində valideynlər hazırlıqlara başlayıblar. Hər il olduğu kimi, bu dövrdə məktəbli geyimləri, çantalar, dəftər-qələm və digər dərs ləvazimatlarına tələbat xeyli artır. Valideynlər övladlarının məktəbə tam hazır şəkildə başlaması üçün həm geyim, həm də tədris vasitələrinin alınmasına xüsusi diqqət yetirirlər. Bu isə bazarlarda və mağazalarda canlanmaya, qiymət artımlarının daha aydın hiss olunmasına səbəb olur. Yeni tədris ili öncəsi xərclərin ötən illərlə müqayisədə daha yüksək olduğu da müşahidə olunur.
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirib ki, 2025–2026-cı tədris ili 15 sentyabr tarixindən etibarən başlanacaq və hazırda valideynlər övladları üçün məktəbli geyim forması, məktəbli ləvazimatları və dərs ləvazimatları əldə etməyə çalışırlar:

“Ötən dövrlə hazırkı dövr arasındakı fərqə nəzər salsaq, təxminən 40–50 manatlıq qiymət artımının müşahidə edildiyi aydın olur. Məsələn, valideyn ötən il və ya əvvəlki illərdə minimum 30–40 manata çanta əldə edirdisə, eyni zamanda məktəbli geyim forması üçün də bu qədər vəsait sərf edirdi. Bundan əlavə, xarici oxucu üçün nəzərdə tutulan dərsliklər, gündəliklər, yazı ləvazimatları və digər məktəb ləvazimatlarını almaq üçün ümumilikdə təxminən 130–140 manat xərcləyirdi. Hazırda isə həmin göstərici təxminən 200–230 manat arasında dəyişir. Bəzi dəftərlərin, eləcə də çantaların, məktəbli geyimlərinin, ayaqqabıların və digər ləvazimatların qiymətlərində əvvəlki illərlə müqayisədə müəyyən artımlar müşahidə olunur. Nəticədə, valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləmək məcburiyyətində qalır. Əgər bir ailədə iki uşaq məktəbə gedirsə, bu məbləğ təxminən 400 manata, üç uşaq üçün isə minimum 500–600 manata qədər yüksəlir. Buna görə də valideynlər müəyyən hallarda israfın qarşısını almaq məqsədilə əvvəllər iki nüsxə aldıqları ləvazimatları indi bir nüsxə almağa üstünlük verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm