
“Əlilə qarşı zorakılıq ikiqat cinayətdir!” – Sosioloqdan REAKSİYA
10:50 05.06.2025
Sosial
535
Xaçmazda iki il əvvəl gözdən əlil 59 yaşlı Gülxar Cahangirovanı öldürməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov həbs olunub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə 2023-cü il iyulun 18-də Xəqani Rəhmətovun Gülxar Cahangirovanın köməksiz vəziyyətindən istifadə edərək onu taksi kimi ünvana aparacağı bəhanəsi ilə idarə etdiyi avtomobilə əyləşdirməsinə, daha sonra Xaçmaz rayonu, Xaspoladoba kəndi istiqamətində yerləşən Qudyalçay çayının kənarına apararaq avtomobildən endirib ona məxsus pul kisəsini götürməsinə, fiziki zor tətbiq edərək arxaya itələyib yıxmasına, bir neçə saat sonra həmin yerə qayıtdıqda sonuncunun öldüyünü aşkar etməsinə və meyiti avtomobilə yerləşdirib Xaçmaz rayonu, Əzizli kəndi istiqamətindəki meşəlik əraziyə aparmasına, eləcə də meyiti və zərərçəkmişə məxsus əşyaların olduğu bağlamanı meşənin dərinliyində gizlətməsinə əsaslı şübhələr müəyyən edilib.
Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü maddələri (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxs barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xaçmaz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtyarış tədbirləri davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, belə hadisələr adətən böyük şəhərlərdə, insanların çox məskunlaşdığı ərazilərdə baş verir:

“Rayonlarda bu cür hadisələrə şəhərlərdən az təsadüf olunsa da, lakin fakt odur ki, hadisə baş verib. Bizim cəmiyyətimizdə zorakılığa qarşı həssas bir mövqe var. Yəni törədilən istənilən zorakılıq hadisəsi hər zaman cəmiyyət üzvləri tərəfindən ürək yanğısı ilə qarşılanır və ictimai qınağa çevrilir. Söz yox ki, Xaçmazda iki il əvvəl baş verən, həm də gözdən əlil qadına qarşı törədilən hadisə də cəmiyyətin hər biri üzvü tərəfindən lənətlənir və pislənir. Bu cür hadisələrin kökündə psixoloji vəziyyətin qeyri-sağlam olması, acgözlük və cinayətə meyllilik dayanır. Hesab edirəm ki, gözdən əlil qadına qarşı zorakılıq edən şəxsin psixoloji vəziyyəti normal deyil. Yox, əksinə, normal insandırsa, deməli, hadisəni talançılıq məqsədi ilə törədib. Təbii ki, hüquq-mühafizə orqanları artıq cinayətkarı saxlayıb və onun haqqında cinayət işi açılaraq hadisənin necə baş verməsi araşdırılaraq son qərarı da onlar verəcək. Lakin düşünürəm ki, qadını öldürən şəxsin cəzası ikiqat olmalıdır: birinci, törətdiyi əmələ görə. İkincisi isə bu əməli məhz gözdən əlil qadına qarşı etdiyinə görə. Cəmiyyətimizə, milli dəyərlərimizə yamaq olan bu cür cinayətkar ünsürlərə ar olsun. Bu xalqın dəyərlərində qadına əl qaldırmaq bağışlanmaz haldır. Hələ sağlamlıq imkanı məhdud olan qadına zorakılıq tətbiq etmək, bu, əsla bağışlanmazdır. Odur ki, cinayətkar cəzasını layiq olduğu şəkildə çəkməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya