
Əmlak eksperti: 100 min əmlakın çıxarışla təmini ucuzlaşmaya səbəb olacaq
13:55 23.07.2025
Sosial
464
Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.
Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin idarə heyətinin sədri Nigar Alimova deyib.
O bildirib ki, ölkə başçısı tərəfindən 16 iyul tarixində imzalanan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Fərman 2015-ci ildə qəbul edilmiş 439 nömrəli sənədə əlavə və dəyişiklikləri nəzərdə tutur:
“Bu sənəd əslində “amnistiya” xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Proqnozlara əsasən, bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək”.
“Bu fərman ölkədə sənədsiz evlərlə bağlı məsələnin həllinə mühüm töhfə verir və onilliklərdir mübahisəli vəziyyətdə qalan əmlakların statusunu hüquqi müstəviyə çıxarır”, - deyə N.Alimova əlavə edib.
Əmlak eksperti Elnur Fərzəliyev “Sherg.az”a bildirdi ki, ölkə üzrə ümumilikdə 100 minlərlə, yalnız Bakı və Abşeron ərazisində isə təxminən 500 minə yaxın çıxarışı olmayan daşınmaz əmlak, fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur:

“Bu əmlakların bir hissəsi qadağan olunmuş zonalarda inşa edildiyindən, digər bir hissəsi isə təyinat uyğunluğu baxımından xüsusilə kənd təsərrüfatı, əkin və biçin təyinatlı torpaqlarda yerləşdiyindən hüquqi rəsmiləşdirilmə mümkün olmayıb. Bununla yanaşı, əhəmiyyətli sayda əmlaklar keçmişdə dövlət orqanları, zavod və fabriklər, eləcə də kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaq sahələrində inşa olunub. Bu torpaq sahələri fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış olsa da, tələb olunan sənədlərin tam və qaydasında olmaması səbəbindən bu günə qədər həmin əmlaklar çıxarışla təmin edilə bilməmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərmana edilən dəyişikliklər nəticəsində sənədləşmə prosedurlarında müəyyən yumşalmalar nəzərdə tutulmuşdur ki, bu da ölkə üzrə 100 minə yaxın daşınmaz əmlakın hüquqi qeydiyyata alınmasına şərait yaradacaq. Qısa müddət ərzində daşınmaz əmlak bazarında bu qədər əmlakın çıxarışla təmin olunması qiymət səviyyəsində enmələrə səbəb olacaq. Uzun müddətdir ki, daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımlarının əsas səbəbi hüquqi sənədləşməsi olan əmlakların üstünlük təşkil etməsi və onların müxtəlif kredit mexanizmləri ilə satışa çıxarılmasıdır. Çıxarışsız əmlakların satış qiymətləri nisbətən daha aşağı olduğundan, onların sənədləşməsinin təmin edilməsi və satış bazarına daxil edilməsi əhalinin aztəminatlı təbəqəsinin mənzilə çıxış imkanlarını genişləndirəcək və ipoteka alətlərindən istifadə imkanlarını artıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi