
Ərzaq qiymətləri dövlət tərəfindən tənzimlənmir, lakin qiymətlərin aşağı düşməsi üçün... -Ekspert
10:45 17.01.2025
Sosial
621
Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydalarını təsdiq edib. Yeni sənədlə strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması, təqdim edilməsinin qaydası və hüquqi əsasları müəyyən edilib.
Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, dövlət ehtiyatları yalnız taxıl deyil, eyni zamanda, əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə yaradılır.
"Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.
Yeni qaydaların qəbul olunması bu sahədə şəffaflığı artırmaqla yanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək.
Buraya təxminən 12 adda ərzaq məhsulları daxildir və söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir. Gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək", - deyə o bildirib.
Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, bu qərarın Azərbaycanın ərzaq bazarına heç bir təsiri yoxdur:

“Bu qərar dövlət ehtiyaclarını ödəmək üçün ehtiyatların yaradılması, əsasən əmtəəlik buğda, ordunun və digər dövlət tərəfindən təchizatı məcburi olan qurumların, ərzaq təminatı ilə məşğul olacaq. Azərbaycanda ərzaq qiymətləri dövlət tərəfindən tənzimlənmir. Lakin qiymətlərin aşağı düşməsi üçün dövlətin əlində kifayət qədər böyük resurslar, imkanlar və fürsətlər var. Amma bu qərara görə yox. Məsələn, vergiləri, gömrük rüsumlarını endirməklə qiymətləri ucuzlaşdırmaq olar. Amma sırf bu qərar daha çox strateji ərzaq ehtiyatları üçündür. Yəni ordunun təchizatı və taxıl ehtiyatlarının yaradılması ilə bağlıdır. Azərbaycan bir çox ölkələrdən fərqli olaraq təqribən 270-280 günlük hər il ərzaq ehtiyatı, əmtəəlik buğda ehtiyatı yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu tip qərarlar qəbul etməsi dövlət ehtiyatlarının idarə edilməsi və təhlükəsizliyinin artırılması istiqamətində görülən tədbirlərin bir hissəsi kimi qiymətləndirilə bilər. Bu addım dövlətin strateji maraqlarını qorumaq və fövqəladə vəziyyətlərdə çevik reaksiya göstərmək məqsədini daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə