
“Hörmətli oğlan” düşüncəsi: Yeniyetmələrə görə bıçaq gəzdirmək, sanki artıq kişiləşmə göstəricisidir
09:35 06.02.2025
Sosial
563
Fevralın 4-də saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.
Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-də ambulator müalicə üçün evə buraxılıb.
Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, uşaqlarda yeniyetməlik çağı şəxsiyyətin parçalanması, əsl kimliyin üzə çıxması mərhələsidir:

“Yeniyetməlik dövründə uşaqlıqdan yığılmış şüuraltı travmalar varsa, üzə çıxmağa başlayır. Hətta bu səbəbdən yeniyetmələrdə aqressivlik, özünə qapanmalar, özgüvənsizlik və sairə kimi psixoloji pozuntular özünü büruzə verir. Üstəlik problemli ailədə böyüyürsə, sağlam olmayan dost çevrəsi varsa bütün bunlar bir uşağı kriminala sürükləyən tətikləyici təkanlardır. Çünki bir çox oğlan yeniyetmələrin düşüncəsinə görə bıçaq gəzdirmək, siqaret çəkmək kimi davranışlar güclülük, “hörmətli oğlan” və sanki artıq kişiləşmə göstəricisidir. Buradan isə aydın olur ki, övlad valideyn münasibətlərinin təməli yanlış qurulub. Eləcə də gündəlik həyatda medianın tez- tez yaydığı kriminal hadisələr uşaqlarda şüuraltı təsirlərini buraxır. Həqiqətən sağlam cəmiyyət yetişdirmək üçün, televiziyadan tutmuş, ailənin içinə kimi hər kəs dəyişməlidir. Uşaqlar böyükləri təqlid edən gələcək nəsildir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region