“Bir-iki dəfə gözəl görünmək üçün heç kəs özünü məhv etməməlidir. Kirayə geyimlərin fəsadları bəzən insanın ömürlük xəstəliyə tutulmasına da gətirib çıxarır"
İkinci əl geyimlər təhlükəlidir, UŞAQLARA QƏTİYYƏN...
09:49 09.07.2024
Sosial
482
Ən çox göbələk xəstəliyi, qotur, dəmrov və digər qorxulu dəri-zöhrəvi xəstəliklərin daşıyıcısıdır
“Bir-iki dəfə gözəl görünmək üçün heç kəs özünü məhv etməməlidir. Kirayə geyimlərin fəsadları bəzən insanın ömürlük xəstəliyə tutulmasına da gətirib çıxarır"
İkinci əl geyimlərin müxtəlif xəstəliklər yaydığı deyilsə də, ölkədə onlara tələbat artmaqdadır. Təzə geyimlərdən 10 dəfə ucuz olduğu deyilən bu məhsulların Azərbaycana əsasən, Hollandiyadan gətirildiyi deyilir.
Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yalnız Hollandiyada deyil, Almaniya və Kanada da əhalinin hər ayın son günlərində evdəki lazımsız əşyaları xüsusi hazırlanmış yerlərdə satışa çıxardığını bildirib: “Kanadada özüm də həmin bazarda çamadan və paltar atmışam. Bu əşyalar axşama kimi orda qalır. Bir qutu qoyublar, kim istəyər malın adını yazıb ora pulunu atır, kim də istəməsə, pul atmır. Axşamüstü bələdiyyə işçiləri gəlib o əşyaları yığıb utilizasiyaya aparır. Bəzi ölkələrin iş adamları güman ki, bələdiyyələrlə müqavilə bağlayır və o geyimləri bir çox ölkələrə, o cümlədən Azərbaycana gətirirlər”.
Ekspert aparılan araşdırmalara görə, 5 yaşından kiçik uşaqlara aid geyimlərin ikinci əl geyimlər arasında olmasının gigiyenik cəhətdən yolverilməz olduğunu bildirib: “Lakin müşahidələr göstərir ki, orda kiçik yaşlı uşaqlar üçün də paltarlar olur. O geyimlərin xaricdə necə yuyulduğu, təmizləndiyi bilinmir. Lakin kapitalizm cəmiyyətidir, insanlar pula qənaət edir, az pul xərcləməyə çalışırlar. Ona görə də ikinci əl geyimləri alırlar. Həm də o geyimlər çox vaxt çəkiylə satılır. Təxminən satış qiymətindən 15-20 dəfə ucuz olur”.
E.Hüseynov dəblə tikilən paltarların sosial təminatı zəif olan insanların diqqətini cəlb etdiyini bildirib: “Başqa ölkələrdə ikinci əl malların öz ölkəsinə aid olanı satılır. Bu yaxınlarda mən Romada bunun şahidi oldum. Şübhəsiz ki, bizim ölkəyə gətirilən ikinci əl paltarlar yaxşı təmizlənməzsə, bir sıra xəstəliklərin, xüsusən də dəri xəstəliklərinin Azərbaycanda yayılmasına səbəb ola bilər. Ona görə də bu paltarları alan insanlar onu dezinfeksiya etməli, qaynatmalı, ütüləməli və sonra istifadə etməlidir. Azad bazar iqtisadiyyatıdır, tələb varsa, təklif də var. İnsanlar da buna üstünlük verirlər. Amma bu paltarların istifadəsi zamanı çox diqqətli olmalıdırlar”.
Allerqoloq Gülnar Quliyeva isə hesab edir ki, geyinilmiş paltarlar adətən allergiyası olan insanlarda fəsad yaradır. O, “Şərq”ə açıqlamasında qeyd edib ki, ikinci əl geyimlər ən çox göbələk xəstəliyi, qotur, dəmrov və digər qorxulu dəri-zöhrəvi xəstəliklərin daşıyıcısıdır:
“Belə geyimlərdən istifadə edənlərin əksəriyyəti bu xəstəliyə tutulur. Bununla yanaşı digər təhlükəli yoluxucu xəstəliklərə yoluxmaq mümkündür. Əgər sifilis, hepatit B və digər xəstəliyi olan şəxs belə paltarları geyibsə, paltar yuyulmadan bir başqası istifadə edərsə, xəstəliyə yoluxa bilər".
G.Quliyevanın sözlərinə görə, azyaşlı uşaqlara ikinci əl paltarlar almaq, kirayə götürmək olmaz. Onların immun sistemi zəif olduğu üçün xəstəliklərə yoluxma ehtimalı da böyük olur: “Böyük yaşda olan adamlar isə belə paltarlardan istifadə etməzdən əvvəl dezinfeksiyasından əmin olsunlar. Xüsusən də ikinci əl geyim mağazalarında paltarlar müştərilərdən bir-birinə ötürülür, nadir halda yuyulur. Bir-iki dəfə gözəl görünmək üçün heç kəs özünü məhv etməməlidir. Kirayə geyimlərin fəsadları bəzən insanın ömürlük xəstəliyə tutulmasına da gətirib çıxarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual