İlahiyyatçı: Dini təhsili olan cütlük özləri üçün kəbin oxumaq səlahiyyətinə malikdir
11:46 23.12.2024
Sosial
565
Dini təhsil müəssisələrində erkən və qohumlararası nikahın mənfi nəticələrinə dair məlumatlılığın artırılmasında din xadimlərinin geniş iştirakı şərtdir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər:
"Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarının icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir".
B.Muradova bildirib ki, dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər.
İlahiyyatçı Fazil Əhmədli “Sherg.az”a bildirib ki, nikah yaşı barədə dövlətin müvafiq qanunu var:
“Çalışırıq ki, bu qaydalara riayət olunması üçün bizə müraciət edən insanlara bildirək. Şəxsən mənə nikah barədə müraciət edən şəxsləri, dövlətin təyin etdiyi məscid axundlarına, bu işlə rəsmi məşğul olan insanlara yönəldirəm. Baxmayaraq ki, özüm də nikah, kəbin oxumağı bacarıram. Amma mənim belə bir səlahiyyətim olmadığı üçün həmin cütlükləri dövlətin səlahiyyət verdiyi insanlara yönəldirəm. Hazırda ölkədə yeganə dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutu var. Düşünürəm ki, orada da bu mövzuya xüsusi bir nəzarət mövcuddur. Ümumiyyətlə din xadimləri qadağan olunmuş nikahı oxuduqda qanunla məsuliyyət daşıyır. Digər tərəfdən cütlüyün dini təhsili varsa, onlar özləri üçün kəbin oxumaq səlahiyyətinə malikdir. Yəni din icazə verir ki, həmin cütlük özləri öz kəbinlərini oxusun. Əlbəttə, bu da valideynlərin razılığı çərçivəsində və müxtəlif şərtləri nəzərə alaraq baş verir. Amma xüsusən rayon bölgələrində ailələr 17-16 yaşında olan uşağını evləndirməyə razı olur. Onlar çalışırlar ki, öz qohumlarında olan hər hansı bir din xadimi tapıb kəbini ona oxutdursunlar. Bunun qarşısını almaq üçün isə mümkün qədər maarifləndirmə işləri aparmaq lazımdır. Mən də bu barədə öz çərçivəmdə maarifləndirmə işləri aparıram. Şəxsən tərəfdarıyam ki, xüsusən qadınlar və qız uşaqları təhsil alsınlar, təhsilə önəm versinlər, sonra ailə qursunlar. Çünki hazırda boşanmaların sayı və durum göstərir ki, əslində qadınların təhsilsiz formada ərə getmələri bir növ faciədir. Bu həm ailənin dağılması, həm də uşaqların tərbiyəsi və təhsili baxımından böyük problemlərə yol açır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya