
İnternetdən, sosial şəbəkələrdən düzgün istifadə olunmalıdır -ŞƏRH
İnternetdən, sosial şəbəkələrdən düzgün istifadə olunmalıdır -ŞƏRH
Yusif Sultanoğlu
14:33 02.06.2024
Sosial
1083
Gənclərimiz dərk etməlidir ki, artıq sosial şəbəkələr də aidiyyəti qurumların nəzarətindədir
İnformasiya texnologiyaları inkişaf etdikcə, sosial şəbəkələrdə, internet resurslarında, eləcə də onlayn mediada insan hüquqlarının pozulması halları artır. Çox təəssüf ki, sosial şəbəkələr vasitəsilə məlumatların yayılmasından şantaj üsulu kimi istifadə edənlərin sayı günü-gündən artır.
Hətta sosial şəbəkələrin insan həyatına, cəmiyyətin psixologiyasına təsirləri zaman keçdikcə özünü daha qabarıq şəkildə göstərməkdədir. Bəzən qəbul edilməyən, hətta ictimai ittiham obyekti olan müəyyən hərəkətlər, davranışlar belə müxtəlif platformalarda gün ərzində dəfələrlə insanın qarşısına çıxaraq şüuraltına təsirsiz ötüşmür. Bunun nəticəsində mənəvi təhdidə çevrilən video və paylaşımların sürətlə yayılan, təkrarlanmış müxtəlif variantlarının şahidi oluruq. Bununla yanaşı, Tiktok müəyyən pis vərdişlərə təhrik, insan alverini əlçatan edən, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışların virtual məkanı olub.
Qeyd edək ki, bu günlərdə Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu Tiktok sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə “Sherg.az”a açıqlamasında deyib ki, məkandan asılı olmayaraq şəxsin fotolarını icazəsiz çəkmək, paylaşmaq qanunla qadağandır:

“Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə başqasının şəxsi məlumatlarının yayılması hüquqi məsuliyyət yaradır. Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Hər bir vətəndaşa məxsus fərdi informasiya var və şəxsi məlumatlar toxunulmazdır.
Hesab edirəm ki, sosial şəbəkələrdə bizim milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi gənclərimiz üçün daha tərbiyəvi və əhəmiyyətli olar. Nəinki bu cür xoşagəlməz videolar, fotoların paylaşılması. Gənclərimiz dərk etməlidir ki, artıq sosial şəbəkələr də aidiyyəti qurumların nəzarətindədir. İnternetdən, sosial şəbəkələrdən düzgün istifadə etsələr, nə məhdudiyyətlərə, nə qanunvericilikdə əlavə və dəyişikliklərə, nə də polisə, məhkəməyə ehtiyac olar. Necə deyərlər, insanın ən böyük məhkəməsi elə onun vicdanıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi