Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi
15:22 18.07.2025
Sosial
435
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib.
Sherg.az xəbər verir ki, ziyarətə tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən laboratoriya bölməsindən başlayan Leyla Əliyeva daha sonra Təcili Yardım Şöbəsinin fəaliyyəti ilə tanış olub. O, burada göstərilən xidmətlərin keyfiyyəti və operativliyi ilə maraqlanıb, həkimlərlə görüşüb.
Ziyarət zamanı Leyla Əliyeva radiologiya şöbəsində də olub. Ona burada istifadəyə verilmiş son nəsil tomosintezli mammoqrafiya cihazı barədə ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq tədqiqatlara əsasən, 2031-ci ilə qədər hər 8 qadından birində süd vəzi xərçəngi riski ola bilər. Məhz bu səbəbdən “Məlhəm Hospital” tərəfindən ölkəyə qabaqcıl tibbi avadanlıqlar gətirilib və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xüsusi önəm verilir.
Daha sonra Leyla Əliyeva ultrasonoqrafiya otağında uşaqlarda aparılan müayinələrlə tanış olub. Xüsusilə Daun sindromlu və digər spektrli uşaqların müayinəsi ilə maraqlanaraq bu sahədə ölkəmizdə görülən işlər haqqında məlumat alıb. Bildirilib ki, son illərdə Azərbaycanda yüksək texnologiyalı avadanlıqlar və peşəkar mütəxəssislərin sayəsində skrininq müayinələri vaxtında aparılır, nəticədə spektrli və ağır diaqnozlu doğuşların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi