Milli Qəhrəman Natiq Qasımovun anası: “Arzularıma çatmışam, bilmirəm Prezidentə necə təşəkkür edim”
Milli Qəhrəman Natiq Qasımovun anası: “Arzularıma çatmışam, bilmirəm Prezidentə necə təşəkkür edim”
Yusif Sultanoğlu
09:00 26.06.2024
Sosial
582
“32 ildir gözümüz yolda, qulağımız səsdə idi ki, oğlumdan bir xəbər olsun”.
Bu sözləri APA-nın yerli bürosuna Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.
Dursun Qasımova Prezident İlham Əliyevin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib.
"Həmin an özümdə olmadım. Bir neçə dəqiqə danışmaq istəmədim. Ağlıma belə gəlməzdi ki, mənim oğluma Milli Qəhraman adı verilsin. Elə bir vəziyyətdə oldum ki, bir anlıq elə bil yuxuda idim. Sevincimi çatdıra bilmirəm. O sevinci gərək yaşayasan. Özüm özlüyümdə Prezidentimizə təşəkkür eləmişəm, var olsun demişəm. Allah ona uzun ömür, can sağlığı versin, Allah var eləsin, Azərbaycan xalqının, dövlətimizin üstündən əksik eləməsin. Çox razı qaldım. Həmişə bizi, yəni şəhid ailələrini üstün tutub. Dünən oğluma Milli Qəhrəman adının verilməsinə görə səhərə qədər yatmamışıq. Çox həyəcan keçirdik. Bu günə çox şükürlər olsun. Artıq bu gün gözlədiyim arzularıma çatmışam".
Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş: “Hər dəfə ağlayanda fikirləşirdim ki, oğlumun əməyi itməsin. Ona Milli qəhrəman adı verilsin, sona rahat ölüm. Mən bu illər ərzində nə qədər xəstələndimsə də elə bil Allah məni bu günə görə həyatda saxlayıb. Neçə illərdi mənim gözüm yoldaydı”.
Natiq Qasımovun anası xəbəri qonşudan öyrəndiyini bildirib: "Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bu xəbəri illərdi gözləyirdim. Ona Milli Qəhrəman adının verilməsini eşidəndə elə bil mənə dünyaları verdilər. Bu sevincimizin hədi-hüdudu yoxdur. İndi mən bilmirəm ki, Prezident İlham Əliyevə necə təşəkkür edim. Bu gün mənim oğlumun və bütün şəhidlərin qisası alınıb".
Qeyd edək ki ötən gün Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol