MM-in komitə iclasında şagird intiharlarından narahatlıq ifadə olunub
Yusif Nəzərli
06:50 22.01.2024
Sosial
337
Biz səhiyyə komitəsi ilə birlikdə bir dinləmə keçirək.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri orta məktəbdə şagirdlərin ölüm sayının artmasıdır: “Bu məsələ çox narahatedicidir. Psixoloqların üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, dispanzarasiyası haqqında qanunun düzgün tətbiq edilməməsi kimi məqamlar var. Yəni müxtəlif səbəblərdən orta məktəblərdə həyatını itirən uşaqların sayında artımı görürük. Ona görə bu məsələ ilə bağlı dinləmə keçirilməsini təklif edirəm”.
Komitə sədri Bəxtiyar Əliyev qeyd edib ki, elə təəssürat yaranmasın ki, Azərbaycanda ölüm halları ilə bağlı araşdırma aparılmır: “Bu, bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinin işidir. Statistikaya baxsaq, intiharla bağlı ən aşağı statistika Azərbaycandadır. Elə təəssürat yaranmasın ki, Azərbaycanda uşaqlar arasında intihar və ölüm halları çoxdur. Biz bu məsələ ilə məşğuluq. Azərbaycanda intihar baş verən zaman dərhal hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılır. Azərbaycanda əhali sayı 7 milyon olanda intihar nə qədər idi, indi nə qədərdir? Biz bunu araşdırırıq. Mütəxəssislərin fikirlərini dinləmək, Statistika Komitəsinin məlumatlarına baxmaq lazımdır. Elə təəssürat yaratmaqla məşğul olanlara və danışanlara tövsiyə edərdim ki, araşdırsınlar. Cinayət tərkibi varsa, cinayət təqibi həyata keçirilir, digər hallarda lazımi addımlar atılır, qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslar yaranır. Azərbaycanda müəyyən meyarların tələblərindən çıxış edərək demək olar ki, ölkəmizdə intihar halları yüksək deyil. Amma hər bir ölüm halı bizim üçün ciddi siqnaldır. Çalışmalıyıq ki, bunun qarşısını biz alaq. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi, firavan yaşayışı üçün dövlət kifayət qədər işlər görür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya