Plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır - BİRGƏ MÜRACİƏT
08:05 06.02.2025
Sosial
391
Baş Prokurorluq və Səhiyyə Nazirliyi plastik cərrahların peşə fəaliyyəti ilə bağlı birgə müraciət edib.
Baş Prokurorluqdan Sherg.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.
Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.
Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi