
Sosial müdafiəyə ehtiyacı olan insanlara qayğı göstərilməsi hər bir ölkə vətəndaşının arzusudur -Sosioloq
11:37 25.02.2025
Sosial
374
Azərbaycanda sosial xidmətin növləri artırılır.
"Report" xəbər verir ki, bununla bağlı "Sosial xidmət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib.
Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Bunları nəzərə alaraq "Sosial xidmət" haqqında qanunda yeni - sosial-mədəni xidmət növü əlavə edilib.
Sosial-mədəni xidmətlər - şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlib. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır. Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.
Təklif olunan dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunub.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, sosial müdafiəyə ehtiyacı olan insanlara qayğı göstərilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, asudə vaxtının artırılması, diqqət mərkəzində saxlanılması hər bir ölkə vətəndaşının arzusudur:

“Yəni hər birimizin ailəsində, yaxınlığında, sosial müdafiəyə ehtiyacı olan insanlar olduğundan onların da bizlər qədər həyat şəraitinin yaxşılaşdırılması hər birimizin ürəyincədir. Bu gün Milli Məclisdə Sosial xidmət haqqında qanunda dəyişikliklərin təklif olunması təbii ki, hər kəsin ürəyincə olar. Əvvəlki qanuna əsasən ölkəmizdə sosial pedaqoji xidmət var idi. Bu xidmətlə yetkinlik yaşına çatmayan insanlar cəlb olunurdu, digər çətin şəraitdə yaşayan insanlar isə kənarda qalırdı. Lakin yeni təklif olunan qanun sosial mədəni xidmət adlanır ki, bunun üçün bütün sosial müdafiəyə ehtiyacı olan insanların əhatə olunacağı göstərilir. Belə ki, sosial, mədəni xidmətlər haqda dəyişiklikfə bütün sosial müdafiəyə ehtiyacı olan, ağır şəraitdə yaşayan insanların asudə vaxtının səmərəli təşkil olunacağı nəzərdə tutulub. Təklif olunan dəyişikliyə əsasən, gələcəkdə bu xidmətlərin həyata keçirilməsini müəyyən müvafiq icra hakimiyyəti orqanlarının təyin etdiyi qurum həyata keçirəcək. Lakin hələ ki, bu qanunun hansı şəkildə icra edilməsi nəzərdə tutulmayıb. Bizim ölkəmizdə, sosial müdafiəyə ehtiyacı olan insanların asudə vaxtının səmərəli keçməsi üçün onların həyat şəraitinin, sağlamlıq məsələləri ilə bağlı qanunlar var. Lakin bu qanun bütün ölkənin hər yerində, insanlara sərf edəcək şəkildə həyata keçirilmir. Nəzarət mexanizminin olmaması qanunlarımızın həyata keçirilməsinə kölgə salır. Ona görə də ölkənin hər yerində xüsusi bir nəzarət rejimi yaradılmalıdır. Sosial müdafiəyə ehtiyacı olan insanlara qarşı ciddi yanaşılmalıdır. Çünki hər bir sağlam insan öz həyatını qurur, yaşayır. Lakin sosial ehtiyacı olan və çətin şəraitdə yaşayan insanlar buna müvəffəq ola bilmirlər. Çünki onların sağlamlığı buna icazə vermir. Ümidvaram ki, bu cür xidmətlərin sayı daha da artırılacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstan Prezidenti ilə telefon danışığı aparıb
14:17 16.02.2026
Dünya
Əraqçi və Qrossi texniki müzakirələr aparıb
13:37 16.02.2026
Gündəm
Ukraynada azərbaycanlı snayper öldü - Foto
13:17 16.02.2026
Hadisə
Marko Rubio ABŞ-nin Avropa üçün “qırmızı xətt”ini açıqlayıb
13:15 16.02.2026
Gündəm
“Azərsell” abonentlərə açıq-aşkar hədə-qorxu gəlir - Alimdən ETİRAZ
12:59 16.02.2026
Ölkə
FTX əməliyyat keçirdi, nazir saxlanıldı
12:55 16.02.2026
Gündəm
“Neftçi”nin 5 il gözlədiyi məhsuldarlıq
12:44 16.02.2026
Futbol
Xocalıya növbəti köç karvanı yola salınıb
12:14 16.02.2026
Qarabağ
Sabah Ruben Vardanyana hökm oxunacaq
12:11 16.02.2026
Gündəm
Katarakt hazırda 94 milyondan çox insana təsir edir
12:02 16.02.2026
Sağlamlıq
"Liverpul"un sabiq futbolçusu həbs olundu
11:54 16.02.2026
Futbol
“Qurtuluş” Reabilitasiya Mərkəzi bağlandı
11:48 16.02.2026
Ölkə
Ramanada uşaq evində 2 yaşlı uşaq qızılcadan ölüb - YENİLƏNİB
11:39 16.02.2026
Hadisə
Son iki gündə 108 cinayətin açılması təmin edilib
11:30 16.02.2026
Hadisə
Qırğızıstanda üç nazir işdən çıxarıldı
11:15 16.02.2026
Gündəm