Sosioloq: Dördgünlük iş rejimində işçilər az stres yaşayır, daha məhsuldar olurlar
13:03 23.07.2025
Sosial
438
"dördgünlük iş həftəsi" ideyası müasir kapitalizm dünyasındakı "daha çox işləmək, daha az qazanmaq, daha az yaşamaq, daha az sosiallaşmaq” paradiqmasına qarşı çıxan nadir sağlam və konstruktiv ideyalardan biridir
"4 Day Week Global" beynəlxalq təşkilatının alimləri müəyyən ediblər ki, maaşlar kəsilmədən dördgünlük iş həftəsinə keçid həm işçilər, həm də biznes üçün faydalıdır.
Oxu.Az-ın xəbərinə görə, araşdırmanın nəticələri "Nature Human Behavior" jurnalında dərc olunub.
Tədqiqatçılar müəyyən ediblər ki, dördgünlük iş həftəsi stres səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və işçilərin məhsuldarlığını artırır. Eyni zamanda şirkətin gəlirləri də artır.
Yeni iş qrafikinin effektivliyi 33 şirkətin iştirak etdiyi araşdırmanın birinci mərhələsindən sonra təsdiqlənib. Araşdırmada iştirak edən təşkilatların heç biri həftədə dörd gün işləməyin əleyhinə olduğunu bildirməyib.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, "dördgünlük iş həftəsi" ideyası müasir kapitalizm dünyasındakı "daha çox işləmək, daha az qazanmaq, daha az yaşamaq, daha az sosiallaşmaq” paradiqmasına qarşı çıxan nadir sağlam və konstruktiv ideyalardan biridir:
“Araşdırmalar da göstərir ki, bu model yalnız əmək bazarındakı iş fromasını dəyişmir, həm də insanların şəxsi həyatlarına olan münasibətini yenidən qurmağa imkan verir. İşçilər daha az stres yaşayır, gördükləri işə daha yaxşı fokuslanır və təəccüblü deyil ki, daha məhsuldar olurlar. Bu model Azərbaycanda işləyərmi? İşləyər! Sürətlə dəyişən sosial strukturlar, adətən, fərdləri əvvəlki sosial nizamdan çıxardığı üçün onları yeni nizama adaptasiya olunana qədər bir boşluq hissi içinə sala bilirlər. Dördgünlük iş rejimi də belə bir keçid yarada bilər - ilkin mərhələdə qarışıqlıq, boşluq, amma sonrakı mərhələdə daha dayanıqlı fərdi həyat və sosial münasibətlər. Ailə münasibətləri baxımından bu model doğru həyata keçirilərsə, olduqca faydalı ola bilər. Hətta ailə üzvləri arasında ünsiyyət və emosional bağlılığı gücləndirə bilər. Ən azından, bir çox valideynin evə yalnız yatmaq üçün gəlməsi "ənənəsi" dəyişər və ata-ana öz övladını yalnız yuxuya getməzdən əvvəl qısa müddətlik görə bilən məhkumlara çevrilməz. Sosial münasibətlər də daha spontan və keyfiyyətli olar. İnsanlar yalnız “vaxt tapanda” yox, vaxtları olduqları üçün sosiallaşmağa başlayarlar. Burada əsas diqqət yetirilməli məqam budur ki, bu transformasiya sadəcə qanunvericilik müstəvisində yox, mentalitet, idarəetmə metodu və ənənələri, cəmiyyətdəki iş və sosiallaşma mədəniyyəti müstəvilərində də baş verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya