
Təhsil müəssisəsinə isitlik təchizatı verilmədikdə təhsil prosesi dayandırlmalıdır -Ekspert
10:17 09.01.2025
Sosial
626
Tətildən qayıdan məktəblilər soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar. Belə vəziyyət uşaqların xəstələnməsinə, təhsildən yayınmasına səbəb olub.
Xəzər TV xəbər verir ki, Mingəçevir Energetiklər yaşayış massivində yerləşən 19 nömrəli məktəbdə istilik sistemi olmadığından sinif otaqlarında elektrikli qızıdırcılardan istifadə olunur.
Son günlər həmin qızdırıcılardan da istifadə edə bilməyiblər.
Valideynlər soyuq şəraitdə dərs keçən uşaqlarının xəstələnərək dərsdən qalmaq məcburiyyətində olduqlarını deyiblər.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin istiliklə təminatı elektrik qızdırıcıları vasitəsilə həyata keçirilir.
Elektrik sistemində qısa qapanmalar səbəbindən məktəbin istiliklə təchizatında fasilə yaranıb. İstilik təchizatının bərpa edilməsi üçün təxirəsalınmaz işlər aparılıb və problem aradan qaldırılıb. Təhsil müəssisəsinin istilik təminatı normal qaydada davam etdirilir.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, hazırda Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir:

“Bu müəssisələrin istilik təchizatının necə təmin edilməsindən asılı olmayaraq cavabdeh və məsuliyyətli qurum Elm və Təhsil Nazirliyidir. Bu müəsissələrin təxminən 70 faizi mərkəzləşmiş qaydada istiliklə təmin edilir. Qalan 30 faiz isə müxtəlif vasitələrlə - odun, dizel və elektrik qızdırıcılar vasitəsilə istiliklə təmin olunur. Hər hansı səbəbdən təhsil müəssisəsinə isitliklə təchizatı verilməzsə orada yerli təhsil orqanlarının qərarı ilə təhsil prosesi dayandırlmalıdır. Azərbaycan Respublikasının Təhsil qanunvericiliyinin ən əsas priorit məsələlərindən biri də məhz təhsilalanların həyat və sağlamlığının təhlükəsizliyinin təminatı məsələsidir. Əyər valideyinlər doğrudan da istiliklə bağlı olaraq övladlarının sağlamlığını düşünürlərsə, haqlıdırlar. Belə hallarda aidiyyatı yerli təhsil və icra qurumları dərhal və effektiv yanaşma nümayiş etdirməli, noqsanalrı ən qısa zamanda aradan qaldırmalıdırlar. Qeyd edim ki, Elm və Təhsil Nazirliyi də hər il müvafiq qurumlarla birgə qışa hazırlıq çərçivəsində təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığını yoxlayır. Eyni zamanda yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlər həyata keçirir. Lakin görünür hələ də diqqətdən kənarda qalan məktəblər var. Bunun bir səbəbi də məktəb rəhbərliyi ola bilər, çünkü məktəb rəhbərliyi istilik təminatı ilə bağlı Nazirliyə müraciət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə