
Turist axını: Azərbaycana maraq getdikcə artmaqdadır -RƏY
13:43 05.08.2024
Sosial
450
Ötən ay Azərbaycana xaricdən 271 591 turist gəlib.
Bu barədə "APA-Economics"ə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.
İyul ayında ölkəyə ən çox turist azalan sıra ilə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan və İrandan gəlib. Rusiyadan ölkəmizə gələn turistlərin sayı 78 140 nəfər təşkil edib ki, bu da, illik müqayisədə 8% çoxdur. Dövr ərzində Türkiyədən Azərbaycana turist axını illik 11% artaraq 34 719 nəfər, Səudiyyə Ərəbistanından 11% artaraq 24 255 nəfər, Hindistandan 2,6 dəfə artaraq 20 124 nəfər, İrandan 24% artaraq 17 901 nəfər olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 1 502 695 turist gəlib ki, bu da illik müqayisədə 31% çoxdur.
Məsələyə fikir bildirən turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Sherg.az"-a bildirib ki, son dövrlər Azərbaycana maraq getdikcə artmaqdadır:

“Müxtəlif festivalların, tədbirlərin Azərbaycanda keçirilməsi, xüsusən də 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycanın dünya reytinqində tanınması, bununla yanaşı Olimpiyada ölkəmizin idmançılarının uğurlu çıxışı və qızıl medal qazanması dünya reytinqində Azərbaycanın ölkə olaraq 15-ci yerdə olması, Formula1 yarışları, İslam olimpiyadası və Eurovisionun Azərbaycanda keçirilməsi ölkəmizə olan marağı gündən-günə artırır. Çünki hər bir yarışın öz azərkeş və kütləsi var. Azərkeşlər istər-istəməz hansı ölkəyə gedirsə, o ölkəni araşdırır və digərlərinə də məsləhət görür. Ümumiyyətlə ya fərdi, ya da ki, qrup şəklində qonaqlar gəlməkdə davam edir. İnanıram ki, COP29- un olması və 80 mindən çox insanın ölkəmizə gəlməsi kifayət qədər səs küyə səbəb olacaq. Bununla yanaşı istər idman yarışları, istər Sea Breeze də Emin Ağalarovun təşkilatçılığı zamanı müxtəlif məşhurlar Bakıya təşrif buyurdu. Bu isə öz növbəsində həmin məşhurların azərkeşlərinin gəlməsinə, ölkənin imicinin daha da tanınmasına və daha çox turistin cəlb olunmasına təkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya