
Universitetlərin 50 faizindən çoxunu vahid tələbə kartı ilə təmin etməliyik -TƏKLİF
12:03 08.10.2024
Sosial
399
Oktyabrın 15-dən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək.
Bu barədə "Trend"in sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib. Qeyd edilib ki, kart 11 universitetdə tələbələrə təqdim ediləcək.
"Vahid tələbə kartı oktyabrın 15-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti tələbələrinə veriləcək", - deyə fonddan bildirilib.
Qeyd edək ki, iyunun 27-də Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "VISA" beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılan tələbə kartları təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaq.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, vahid tələbə kartının təşkili təqdirəlayiq qərardır:

''Çünki tələbələr həmin kartlar vasitəsi ilə müəyyən yerlərdə ödəniş edərkən hesablarında müvafiq "Cashback"-lar toplanılacaq. Hazırda həmin kartlar 11 dövlət universitetinə verilib. Fikrimcə, özəl universitetlər də bunda maraqlı olmalıdırlar. Yəni özəl Ali təhsil müəsisələri də Təhsilin İnkişaf Fondu və digər qurumlarla əməkdaşlıq çərçivəsində tələbələri vahid tələbə kartları ilə təmin etməlidirlər. Çünki bu kartların mövcudluğu tələbələrə bir çox güzəştlər vəd edir. Məsələn, ictimai nəqliyyatdan, restoranlardan və kitabxanalardan istifadə edərkən onlara endirimlər olunacaq. Dünyanın əksər ölkələrində bu təcrübədən istifadə olunur. Ümumilikdə, 250 minə yaxın şəxsin vahid platformada birləşdirilməsi tələbələrə olduqca müsbət köməklik göstərəcək. Zənnimcə, universitetlərin 50 faizindən çoxunu vahid tələbə kartı ilə təmin etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə