Məşhur müğənni Moskvada itkin düşdü

Məşhur rumın müğənni İnna Moskvada itib.

Axşam.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb. Bildirilib ki, sənətçi öz komandası ilə birlikdə bir həftə əvvəl Buxarestdən Moskvaya gəlib. O, Sankt-Peterburqa dostunun yanına getməyə hazırlaşırmış. Həmin vaxtdan sonra onunla əlaqə kəsilib.

Onun taleyindən narahat olan yaxınları polisə müraciət ediblər. İnna ilə birlikdə onun şəxsi cangüdəni və sürücüsü, psixolo-kosmetoloqu, musiqiçilərindən biri də itib.

Polis axtarışlara başlayıb.