Sevda toyundan danışdı - FOTO


Müğənni Sevda Yahyayeva bir neçə gün əvvəl nişanlanması ilə bağlı sualları cavablandırıb.

Axşam.az-a danışan sənətçi toyunun yayda keçiriləcəyini deyib:



"Mediaya qapalı olmayacaq. Nişanlımla bir neçə müddətdir tanış olmuşuq. Münasibətimizi gizli saxlayırdıq. İstədim sürpriz olsun".

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Leyla Şıxlinskaya" klinikasında genetik-laborant olaraq çalışır.