7 illik ərindən boşanır


Bu yaxınlarda yenidən ana olmaq istədiyini bildirən amerikalı müğənni Kelli Klarkson həyat yoldaşından ayrılır.

Axşam.az xəbər verir ki, müğənni iyunun əvvəlində menecer əri Brendon Blekstoskla ayrılmaq üçün artıq məhkəməyə müraciət edib.

Cütlüyün boşanma səbəbi isə hələlik bilinmir.

Qeyd edək ki, Kelli və Brendon 2013-cü ildə ailə həyatı qurublar. Onların bu nikadan 1 qız və 1 oğlan övladı var.