Məşhur cütlük qatarla tura çıxacaq


Şahzadə Uilyam və həyat yoldaşı Keyt Midlton təşkil ediləcək böyük mərasimdən sonra Böyük Britaniya turuna çıxacaqlar.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur cütlük bu tur vasitəsi ilə koronavirusa qarşı ön cəbhədə mübarizə aparan həkimlər və tibbi işçiləri ilə müəyyən görüşlər təşkil edərək onlara təşəkkür edəcəklər. 

3 gün davam edəcək səfərdə onlar vaqonla 2 min kilometrdən çox yol qət edəcəklər. Kral ailəsinə məxsus qatar adətən kraliça Elizabet yaxud da şahzadə Uilyam tərəfindən idarə edilir. 9 vaqondan ibarət nəqliyyat vasitəsi sadəcə kral ailəsinə xidmət etmək üçün nəzərdə tutulub.