İbrahim Tatlısəs hər kəsi ağlatdı: "Pis günlərimdə doğuldun, qızım!" - FOTOLAR


Doqquz ildən sonra yenidən ekranlara qayıdan "İbo Şou"nun bu həftəki proqramında, İbrahim Tatlısəsin Ayşegül Yıldız ilə evliliyindən olan qızı Elif Ada Tatlı da studiyada özünə yer alıb. İbrahim Tatlısəsin qızına söylədiyi sözlər hər kəsi gözyaşlarına boğub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, ulduz müğənninin qızı ilə maska dialoquizləyənlərə kefli anlar yaşadıb.

Tatlısəs, qızına koronavirus tədbirləri ilə əlaqədar sual verdikdə, balaca Ada "Hər kəs maska taxsın" deyə cavab verir. Ancaq Adanın utancaq halları izləyənləri güldürür.




Atasını maskasız öpməkdən də çəkinən Elif Ada, daha sonra qaçaraq anasının yanına gedib. Bu kefli anlardan sonra İbrahim Tatlısəsin qızına ünvanladığı bəzi sözlər isə hamını duyğulandırıb:




"İllərdir heç mahnı oxumadım. Tək olarkən belə söyləmədim. Köhnə nəğmələri oxuya bilmərəm deyə utandım həmişə...  Elif Ada mənə "ata, niyə mahnı oxumursan, mən səni həmişə internetdən dinləyirəm' deyir. İndi mahnı oxusam deyəcək ki "bu atamın səsi deyil", ona görə utandım, söyləyə bilmədim".

İbrahim Tatlısəs, "Ağır günlərimdə doğuldun. İstəyərdim mən qol qaldırıb oynadığım zamanları görsün . Məni bağışla qızım" deyərək hər kəsi ağladıb.

Turan