"Suvivor 2020" yarışmasındakı performansı ilə adından söz etdirən Barış Murat Yağcı şəxsi həyatı ilə gündəmə gəlib.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, 29 yaşlı Barış uzun müddətdir eşq yaşadığı Nisa Bölükbaşı ilə sevgili olduğunu artıq gizlətmir. O, sosial media hesabında “Gözlərimə baxanda gözlərinin içi gülür, necə sevməyim ” sözlərini yazaraq sevgilisi Nisa ilə birlikdə fotosunu paylaşıb.
Qeyd edək ki, tez-tez birlikdə görüntülənən cütlük hər zaman sevgili olduqlarını inkar edirdi. Onlar "Suvivor 2020"-də tanış olublar.
![](https://sherg.az/uploads/editor/dc035d561911ffab77794ba82e6842c4.jpg)