Atasının verilişinə çıxmaq üçün növbə gözləyir


Ötən gün Tatlısesin qızı Dilan Çıtak kameralara tuş gəlib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, gənc ifaçı sevgilisi Levent Dörterlə İstanbulun Nişantaşı səmitində görüntülənib.

9 ildən sonra ekranlara qayıdan və atası İbrahimin aparıcısı olduğu "İbo Şou" verilişinə dəvət edilməyən Çıtak bununla bağlı açıqlama verib.

“Hələki proqrama dəvət almamışam. Son zamanlar verilişə daha məşhur ifaçılar çıxır. Əlbəttə ki mənə də sıra gələr. Gəlməsə də problem deyil ” – deyə, Dilan, bildirib.

Qeyd edək ki, gənc ifaçının son zamanlar atası İbrahimlə aralarında gərginlik yaşandığı və münasibətlərinin əvvəlki kimi olmadığı deyilir.