"Mənim gələcəyim o qədər parlaqdır ki, şeytanlar ora baxa bilməz"
"Sherg.az" xəbər verir ki, bunu "Qısa Qapanma" verilişində qonaq olan
əməkdar artist Elza Seyidcahan deyib.
Verilişin aparıcısı, aktyor Elməddin Cəfərov onu dediklərini başa düşmədiyini söyləyib. E.Seyidcahan isə aparıcının anlamamağını şeir parçası ilə izah edib:
"Gəlsən gedək dalqabağ
Sev sən məni sağbasağ
Ək, yetişsin tağbatağ
Gəlsin bizə balqabaq".