“...Onlar səhnədə gözəl qadın görmək istəyirlər"
"Geyimlərim pis görsənmir. Özümdən razıyam. Həyat yoldaşım olsa
da, belə geyinərəm". "Sherg.az" xəbər verir ki, bunu "Söz Baz" verilişində qonaq olan
müğənni Dilarə Kazımova söyləyib. O bildirib ki, Maddona, Şakira,Rihanna bura gələndə
geyimlərinə heyranlıqla baxırıq:
"Onlara baxanda bəyənirik. Amma biz bu tərzdə geyinəndə xoşunuza gəlmir. Niyə? Səhnə adamları fərqlənməlidir.
Hətta çox qapalı geyinəndə deyirlər ki, niyə belə geyinmisən? Bağlı geyinəndə də diqqət mərkəzində oluram.
Bəzi tədbirlərdə cəlbedici geyinməyimi xahiş edirlər. Çünki onlar səhnədə gözəl qadın görmək istəyirlər".