Xəbər verdiyimiz kimi, dünən müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toymərasimi baş tutub. "Sherg.az" xəbər verir ki, məclisə şou nümayəndələrindən olan şairə Nazilə Səfərli də qatılıb. Toyda qonaq olan şairə İnstaqram hesabında fotosunu paylaşıb. Açıqlama qismində qeyd edib:
"Allah xoşbəxt etsin. Nadirlə qohum olduq. Zarafat edirəm. Gəlin Borçalıdandır. Gör, nə gəlin olacaq. Qoçaq, ağıllı, yanımcıl, yığımcıl".