Əməkdar artist Mətanət İsgəndərli boşanan oğlu Kərimə elçi getməsi ilə bağlı iddialara cavab verib.
"Sherg.az"ın məlumatına görə, "Tarixin bir günü" verilişində qonaq olan müğənni məsələyə ayınlıq gətirib:
"O şəkil tortun reklamı idi. Həmin ərəfədə bacım qızının evində nişan oldu. Üst-üstə düşdü.
Elə bil, bu ölkədə təkcə mənim oğlum boşanıb. Minlərlə boşanan var. Bunu böyük bir hadisə elədi. Yazırlar ki, "Mətanət xanım, bəsdirin". Mən nə edim? Bu barədə danışmaq istəmirəm. Məqsədləri nədirsə, Allah bilsin. Nəvələrim də yanımdadır, hər şey yaxşıdır".
Xatırladaq ki, Mətanət İsgəndərli sosial şəbəkədə üzərində "Allahın əmri, peyğəmbərin izni ilə qızınız Ayseli oğlum Kərim üçün istəməyə gəlmişik" yazısı olan tort paylaşmışdı. Müğənninin keçmiş gəlini Canana bununla bağlı paylaşım edərək, “övladlarımızı ögey ana yanında qoymayacam” şərhini yazmışdı.