Son vaxtlar səhnə preformansı ilə müzakirə obyekti olan müğənni Nərmin Kərimbəyova rəqsinə lağ edənlərə ismarış göndərib. "Sherg.az" xəbər verir ki, "Atv Səhər" verilişinin qonağı olan N.Kərimbəyova ittihamları belə cavablandırıb:
"Savadlı, özünü dünyagörüşlü hesab edənlər, hətta jurnalistlər belə hesab edirlər ki, çox şey bilirlər və tənqid edə bilərlər. Rəqsdən başı çıxmayan insan "o niyə elə hərəkət edir" deyir. Özləri bacarmır, xoreoqrafiyanın nə olduğunu qanmırlar. Bu cür tənqidə fikir vermək niyyətində deyiləm".