Milyarder sahibkar ikinci övladlarının adını dəyişdi 

Realiti-şou ulduzu və milyarder sahibkar Kayli Cenner reper sevgilisi Trevis Skottla keçən ay dünyaya gələn ikinci övladlarının adını dəyişdiklərini açıqlayıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə K.Cenner öz instaqram hesabının hekayə bölümündə  paylaşım edib.
“Məlumat üçün bildirək ki, oğlumuzun adı artıq Wolf deyil. Bu adla özü kimi hiss etmədiyinin fərqinə vardıq. Bu adı hər yerdə gördüyüm üçün sizinlə də bölüşmək istədim”,- deyə 24 yaşlı amerikalı məşhur qeyd edib.

Qeyd edək ki, əvvəliki adı Wolf olan körpə 2.02.22 kimi simvolik tarixdə dünyaya gəlib. Cütlüyün oğullarına qoyduğu yeni ad hələ ki, məlum deyil.