Tolikin verilişi bağlanacaq - SƏBƏB

Hazırda MTV-də "Tarixin bir günü" verilişində aparıcılıq edən prodüser Tarix Əliyev (Tolik) yeni mövsümdən efirdə başqa layihə ilə görünəcək.

Axşam.az xəbər verir ki, bu barədə prodüser İnstaqram səhifəsində məlumat verib. O, özünü sosial verilişdə aparıcı kimi sınamaq istədiyini bildirib:

“Neçə ildir şou xarakterli layihənin aparıcısıyam. Yeni mövsümdən özümü sosial verilişin aparıcısı kimi sınamaq istəyirəm. Çünki verilişlərimdə həyata keçirdiyim sosial layihələr hər zaman uğurlu olub".

Qeyd edək ki, "Tarixin bir günü" həftəiçi beş gün yayımlanır.