Bacılar Dubay səfərlərindən danışdılar:"...Əsəbiləşmişdik" - FOTOLAR

Müğənni Sevil və Sevinc Səfərovalar "Xəbər - Ətər" verilişinin qonağı olublar.
"Sherg.az"ın məlumatına görə, efirdə Sevil Sevinc bacılarının instaqram fotosu göstərilib. Aparıcının "fotoda niyə əsəbi poz vermisiz?" sualını bacılar belə cavablayıb:

"Safariyə   (  "Dubai Safari" zooparkı ) gedəndə hava günəşli yox, külək idi. Dəvə pis gündə, çirkli idi. Ona görə əsəbiləşmişdik. Tur paketini təşkil edən insan əvvəlcədən deməlidir ki, hava pisdir, istədiyiniz effekti ala bilməyəcəksiz. Pul vermişik, az məbləğ də deyil".
Qeyd edək ki, bir müddət əvvəl bacılar Birləşmiş Ərəb Əmirliklərinə ( BƏƏ )  səyahət ediblər.