Xatirə oğluna təmtaraqlı doğum günü keçirdi - FOTO

Müğənni Xatirə İslam oğlu Emilə doğum günü keçirib.
"Sherg.az"ın məlumatına görə, müğənni övladının təhsil aldığı məktəbə balıq formasında hazırlanmış tort aparıb. O, oğlunun yeni yaşını məktəbli dostları ilə qeyd edib.
Xatırladaq ki, sənətçi martın 19-u 9 yaşı tamam olan övladına evində məclis qurub. Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil olduğu üçün oğlu Emilin doğum gününü sinif yoldaşları ilə bu gün qutlayıb.