Aynişanın fotoları maraqla qarşılandı  - Suda delfinlə... 

Əməkdar artist Aybəniz Haşımovanın qızı, müğənni-bloqer Aynişan Quliyeva bu dəfə Asiyada çəkdirdiyi fotolarını sosial şəbəkədə paylaşıb. 

"Sherg.az"ın məlumatına görə,A.Quliyeva instaqramda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubaydan istirahət şəkillərini izləyicilərilə bölüşüb.

O, Dubaydakı akvaparklardan birində də olub. Suda delfinlə şəkil çəkdirib.