Müğənni Səidə Sultan "ŞouRum"un kameralarına tuş gəlib.
"Sherg.az"ın məlumatına görə, S.Sultan yaxın zamanda evlilik planının olmadığını söyləyib .
Müğənni reportyorun "Səidənin toyu nə vaxt olacaq?" sualını belə cavablayıb:
"Bu gedişlə heç vaxt. Artıq keçib, "başını buraxmışam". Əvvəl vağzalı səsi eşidəndə ağlayırdım. O qədər ağladım ki, başıma düşdü. Amma indi elə hisslər keçirtmirəm".