Tolik Damlanın geyiminə "DİL UZATDI": "Bərbad idi" - FOTO+VİDEO

Müğənni Damla səhnə geyimi ilə yenidən gündəmə gəlib.
"Sherg.az" xəbər verir ki, konsert verən müğənni qara bot, qısa köynək və şort-şalvarda səhnəyə çıxıb. Damlanın bu geyimi sosial mediada tənqid hədəfinə çevrilib. 

İzləyicilər ifaçının zövqsüz seçimlər etdiyini vurğulayıblar. Müzakirələrə qoşulanlar arasında aparıcı Tolik (Tarix Əliyev) də var.
Tolik İnstaqram suallarına cavab verərkən bu barədə bildirib:

"Konsertin super keçdiyinə şübhə yoxdur. Amma geyimi bərbad idi. Sonra mənə dedilər ki, həmin geyim heç onun üçün hazırlanmayıb. Bir stilistin geyimi idi, o da geyinmişdi. Mən də tənqid etdim. Amma pis idi, xoşuma gəlmədi".