6 dəqiqə ayaqda alqışladılar


Məşhur prodüserlərin nüfuzlu “Qızıl Aslan” mükafatı uğrunda yarışdığı 79-cu Venesiya Film Festivalında premyerası keçirilən “Tar” filmi 6 dəqiqə sürəkli alqışlarla qarşılanıb.




 
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, bu il avqustun 31-dən sentyabrın 10-dək keçirilən 79-cu Venesiya Film Festivalı çərçivəsində filmlərin nümayişi ilə davam edir.

Festivalın ikinci günündə “Tar” filminin premyerası olub. Qırmızı xalçaya Nina Hoss, Noemi Merlant, rejissor Todd Field, Sofi Kauer və Keyt Blanşett çıxıblar.


Todd Fieldin rejissor kreslosunda əyləşdiyi film nümayişdən sonra 6 dəqiqə sürəkli alqışlarla qarşılanıb. "Bravo!" deyilib.

Film Berlin filarmoniyasının dirijoru Lidiya Tarın hekayəsindən bəhs edir.

Venesiya Film Festivalı kimi nüfuzlu tədbirlər Oskar və Qızıl Qlobus üçün mühüm presedent yaradıb. Bildirilir ki, baş rolu ifa edən Keyt Blanşettin ifası ona Akademiya Mükafatlarında 8 dəfə nominasiya qazandıra bilər.

Avstraliyalı aktrisa bundan əvvəl 2005-ci ildə çəkdiyi "Aviator" və 2014-cü ildə "Mavi Yasemin" filminə görə Oskar qazanmışdı.

Blanşett qırmızı xalçada çiçək detalları olan Schiaparelli paltarı seçib.


Turan