Türkiyəli müğənni Gülşənə qarşı ittihamnamə hazırlanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İddianamədə Gülşənin 1 ildən 3 ilə qədər həbsi istənilib.
Gülşen Çolakoğlu, 30 aprel 2022-ci ildə Ataşehirdə verdiyi konsert zamanı "Daha əvvəl İmam Hatipdə oxumuşdu, azğınlığı oradan gəlir" deyə açıqlama vermişdi.
Bundan sonra İstanbul Respublika Prokurorluğu müğənni Gülşen Çolakoğluna qarşı 24 avqust 2022-ci il gecəsi İmam Hatip Liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək” cinayəti ilə bağlı rezidenti istintaqa başlayıb.
İstintaq çərçivəsində avqustun 25-də nəzarətə alınan Gülşən 4 gün ev dustaqlığına buraxıldıqdan sonra sərbəst buraxılıb.
Turan